"Beniz"in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi - FOTO

Hazırda oxunan: "Beniz"in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi - FOTO

636850

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilova barədə verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə “oxu.az”a "Beniz"in vəkili Salman Qasımov məlumat verib.


Onun sözlərinə görə, məhkəmənin ilk hazırlıq iclası sentyabrın 24-də saat 15:45-də Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçiriləcək.


Maraqlı məqam ondan ibarətdir ki, təqsirləndirilən şəxslə yanaşı, zərərçəkmiş tərəf - "Beniz" tərəfindən zərər gördüyünü iddia edən iş adamı Xalid Kərimov da onun barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Beləliklə, hər iki tərəfin apellyasiya şikayəti eyni məzmun daşıyır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aybəniz Xəlilova 10 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı isə məhkəmədə tiktokerin 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
 

Qeyd edək ki, tiktokerə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.


Şikayətçi ərizəsində bildirib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin