Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

Hazırda oxunan: Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb

634188

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb.

Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, spiker bu barədə Serbiyanın paytaxtı Belqrad şəhərində Qoşulmama Hərəkatının 65-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

"Parlamentlərarası İttifaqda rəhbər vəzifəyə namizədliyimin irəli sürülməsi mənim üçün böyük şərəfdir. Seçkilər bu ilin oktyabr ayında Tanzaniyada keçiriləcək və həmin vaxt Assambleya da təşkil olunacaq", – deyə o bildirib.

S.Qafarova seçiləcəyi təqdirdə bu vəzifəni Qoşulmama Hərəkatına üzv ölkələrin nümayəndələrinin iştirakı və dəstəyi ilə həyata keçirməyin onun üçün böyük şərəf olacağını söyləyib.

Milli Məclisin sədri çıxışının sonunda Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qurucu liderlərin irsinə ehtiram göstərilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.

"Biz təşkilatın qurucularını xatırlamalı, onlara ehtiramımızı bildirməli və onların irsini gələcəyə daşımağa davam etməliyik. Onların prinsipləri bizim gələcəyimizin açarıdır. Bizim kollektiv məsuliyyətimiz Hərəkatın birliyini qorumaq, onun səsini gücləndirmək və sülhə, dayanıqlı inkişafa, daha ədalətli və bərabərhüquqlu beynəlxalq nizama töhfəsini artırmaqdır", – deyə S.Qafarova vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin