İyulun 29-da Qobu-Lökbatan yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, 99-EN-361 dövlət qeydiyyat nişanlı "Toyota" markalı minik avtomobili "Ford Transit" markalı nəqliyyat vasitəsilə toqquşub.
Qəza nəticəsində "Toyota"da olan Bəhruz Sultanov və Rauf Hüseynov hadisə yerində həlak olublar. "Ford Transit"in sürücüsü isə xəsarət alıb.
Qəzada ölənlər "Qobu" futbol klubunun oyunçuları olublar.
Qeyd edək ki, "Qobu" futbol klubu 2025/2026 mövsümündə AFFA Region Liqasında mübarizə aparıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:42 / 18.08.2026
Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ
Hazırda oxunan: Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ
Hazırda oxunan: Azərbaycanda futbolçuların həlak olduğu qəzanın ANBAAN GÖRÜNTÜSÜ
631714
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































