Tovuzda VAZ-2107 markalı avtomobilin su arxına düşməsi nəticəsində sürücü ölüb.
Bizim.Media xəbər verir ki, hadisə Xatınlı kəndi yaxınlığında baş verib. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədəni xüsusi avadanlığın köməyi ilə çıxarılıb və müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin Səid Həziyev olduğu bildirilir.
Nəqliyyat vasitəsinin yaxınlığında kanaldan başqa bir şəxsin də meyiti tapılıb. Ölən şəxsin 1986-cı il təvəllüdlü A.Müseyibov olduğu bildirilir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:35 / 18.08.2026
Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO
Hazırda oxunan: Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO
Hazırda oxunan: Tovuzda DƏHŞƏTLİ HADİSƏ - Kanaldan iki meyit TAPILDI – FOTO
631712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































