Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

Hazırda oxunan: Elçin Əmirbəyov Litva səfiri ilə GÖRÜŞDÜ

631670

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus ilə görüşdə regional hadisələri və tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə litvalı diplomat “X” sosial şəbəkədə bildirib.

"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla yaxşı görüşümüz keçdi. Regional hadisələr və Litva ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi yolları ətrafında səmimi və məzmunlu fikir mübadiləsi aparıldı", - səfir qeyd edib.

Diplomat, həmçinin görüşü "yay fasiləsindən sonra yeni mövsümün yaxşı başlanğıcı" adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin