Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
Hərəkətdə olan Changan "Unize" markalı minik maşını "Hundai" markalı avtomobillə toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü Ofelya Hüseynova, 2021- ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu


































































































