Qarabağa qayıdan məcburi köçkünlərin sayı açıqlanıb.
Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Bildirilib ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, avqustun 1-dək işğaldan azad edilmiş ərazilərə 38 179 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.
Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 91 746 nəfər təşkil edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:56 / 18.08.2026
İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
Hazırda oxunan: İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
Hazırda oxunan: İndiyədək Qarabağa neçə nəfər qayıdıb?
631682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































