Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

Hazırda oxunan: Şəmkirdə “VAZ” və “KİA” toqquşdu – 4 nəfər öldü

631656

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi ölümlə və xəsarətlərlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib. 
 

Qəza zamanı “VAZ 2106” və “KİA” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 4 nəfər ölüb, xəsarət alanlar da var. Ölən və xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.


Qəza baş verən əraziyə polis və tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin