Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

Hazırda oxunan: Bu ölkələrə hücum olsa, müdaxilə edəcəyik - Ərdoğan

631718

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Məkkə Sazişinin NATO-nun 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə bənzər mexanizmə malik olduğunu bildirib.

Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə “Əl-Cəzirə”yə müsahibəsində danışıb.

Məkkə Sazişinin NATO-nun 5-ci maddəsindəki müdafiə prinsipinə bənzəyib-bənzəmədiyi ilə bağlı suala cavab verən Türkiyə lideri qeyd edib ki, saziş çərçivəsində Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan mümkün təhdidlərə qarşı birgə addım ata biləcəklər:
 

“NATO-nun 5-ci maddəsi nələri ehtiva edirsə, eyni şəkildə buradakı ortaq müdafiə anlayışı da hər hansı problem yaşanacağı təqdirdə bu üç ölkənin birlikdə lazımi addımı atmasına imkan verəcək”, – deyə Ərdoğan vurğulayıb.


Onun sözlərinə görə, üç ölkədən hər hansı birinə qarşı hücum baş verərsə, digər tərəflər ortaq müdafiə paktı çərçivəsində həmin ölkənin müdafiəsinə dəstək göstərə biləcəklər.

Xatırladaq ki, 7 avqust 2026-cı ildə Səudiyyə Ərəbistanının Məkkə şəhərində Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyə arasında qarşılıqlı müdafiə sazişi imzalanıb. Sazişə əsasən, üç dövlətdən hər hansı birinə qarşı silahlı hücum onların hər üçünə qarşı hücum kimi qiymətləndirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin