Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

Hazırda oxunan: Bu qaydanı pozanlar 2000 manat ödəməli olacaq

631627

Uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən bəzi qurumların akkreditasiyadan keçməsi məcburidir.

Bizim.Media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin açıqladığı məlumatda bildirilib.

Qeyd olunub ki, texniki reqlamentdə və digər normativ-hüquqi aktlarda uyğunluğunun məcburi qiymətləndirilməsi tələb olunan malın, xidmətin, işin, prosesin və işçi heyətinin uyğunluğunun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan qurumların akkreditasiyası məcburidir. 
 

Bundan başqa, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölçmələrin vəhdətinin təmin edilməsi üzrə işləri yerinə yetirmək və ya xidmətlər göstərmək üçün akkreditasiyası tələb olunan qurumlar da məcburi qaydada akkreditasiyadan keçməlidir.


Agentliyin məlumatına görə, akkreditasiyası məcburi tələb olunan uyğunluğu qiymətləndirən qurumun akkreditasiya olunmadan fəaliyyət göstərməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə 2 000 manat məbləğində cərimə edilə bilər.
 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin