Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

Hazırda oxunan: Bu, bizim üçün böyük bir siqnal oldu - Qurban Qurbanov

631699

Misli Premyer Liqasında 2026/27 mövsümünün ilk turu çərçivəsində "Qarabağ" "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəlib.

Bizim.Media “qol.az”a istinadla xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra matç barədə fikirlərini bölüşüb:

"İlk oyunumuz idi. Əvvəlcə bütün komandalarımıza, hər bir futbolçumuza və məşqçimizə uğurlar arzulayıram. İnanıram ki, bu çempionat daha aktiv və maraqlı keçəcək.
 

Oyuna gəldikdə, gördüyünüz kimi, gərgin qarşılaşma oldu. Yeni rəqib idi və onları o qədər yaxından tanımırdıq. Həm məşqçi heyətində, həm də futbolçuların tərkibində xeyli dəyişikliklər olmuşdu. Bu baxımdan çox vacib qələbə qazandıq.


Futbolçularımız bir qədər yoruldular. Buna baxmayaraq ikinci hissədə daha yaxşı xarakter göstərdilər və sonda qələbə əldə edə bildik. Məncə, bütün oyunlar belə gərgin keçəcək. İlk qarşılaşmadan bizim üçün böyük bir siqnal oldu ki, bütün oyunlara çox ciddi yanaşmalıyıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin