Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətmək üçün xüsusi vasitələr satılır. Bu qurğuların satışını həyata keçirənlər az olsa da, maraqlananlar kifayət qədərdir.
Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, bəziləri etdikləri qayda pozuntularından qaçmaq, radarlardan yayınmaq üçün bu yola əl atırlar.
Amma qanunvericiliyin tələbinə əsasən, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanına hər hansı formada müdaxilə etmək hüquqi məsuliyyət yaradır.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, bu kimi halların baş verməsi yolverilməzdir.
İdarə xəbərdarlıq edir ki, bu cür müdaxilə məsuliyyətdən yayınma vasitəsi deyil, əksinə, ayrıca inzibati məsuliyyət yaradan əməldir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
23:51 / 17.08.2026
Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
Hazırda oxunan: Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
Hazırda oxunan: Avtomobilin nömrəsini gizlədən sürücüləri hansı cəza gözləyir? - VİDEO
631708
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































