Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

Hazırda oxunan: Ceki Çanla foto çəkdirən azərbaycanlı uşağın sevinci gündəm oldu – VİDEO

631671

Bakıda film çəkilişlərində iştirak edən dünya şöhrətli aktyor Ceki Çanla görüşən azərbaycanlı uşağın görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub.

Bizim.Media xəbər verir ki, aktyorun çəkiliş məkanında olan fanatları onunla görüşmək və foto çəkdirmək imkanı əldə ediblər. Həmin anlardan biri də azərbaycanlı uşağın Ceki Çanla birgə foto çəkdirməsi olub.
 

Aktyoru qarşısında görən uşağın sevinc dolu reaksiyası kameraya düşüb. Onun həyəcanı və xoşbəxtliyi sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb.


Görüntülər qısa müddətdə geniş yayılaraq izləyicilər arasında müzakirələrə səbəb olub. Bir çox istifadəçi uşağın sevincini bölüşərək həmin anın onun üçün unudulmaz xatirəyə çevrildiyini qeyd edib.

Qeyd edək ki, Ceki Çanın Bakıda film çəkilişlərində iştirakı günlərdir şəhər sakinləri və aktyorun azərbaycanlı pərəstişkarları arasında böyük maraq doğurur. (milli.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin