“Tashkent Content Market” ilk dəfə keçiriləcək

Hazırda oxunan: “Tashkent Content Market” ilk dəfə keçiriləcək

631694

4–5 fevral 2027-ci il tarixlərində Daşkənddəki Uzexpocentre sərgi kompleksində “Tashkent Content Market” beynəlxalq tədbiri keçiriləcək.

Bizim.Media “editor.az”a istinadla xəbər verir ki, 5 500 kvadratmetrlik sahədə təşkil olunacaq tədbirin 50-dən çox ölkədən 3 000-dən artıq məzmun yaradıcısını, prodüseri, alıcını, investoru və media şirkətlərinin nümayəndələrini bir araya gətirəcəyi gözlənilir.
 

“Tashkent Content Market”in miqyasına, beynəlxalq iştirakçıların sayına və zəngin proqramına görə regionun ən böyük media tədbirinə çevriləcəyi gözlənilir.


Tədbir sərgiləri, B2B görüşlərini, forumları, məzmun nümayişlərini və ustad dərslərini vahid məkanda birləşdirəcək.

İştirak etmək və ətraflı məlumat almaq üçün TCM.uz saytına daxil ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin