Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və xəsarət alanların adları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 2018-ci il təvəllüdlü Z. Vəliyeva, 1992-ci il təvəllüdlü H. Həmzəyeva, İlahə Məmmədova (1988), Elvin Məmmədov (2009), Hicran Həmzəyeva (1992) həyatını itirib.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə. Aslanov, 1982-ci il təvəllüdlü A. Cəfərli, 1976-cı il təvəllüdlü Z. Hüseynova, 1976-cı il təvəllüdlü S. Hüseynli, 1973-cü il təvəllüdlü E. Hüseynov, 1972-ci il təvəllüdlü E. Hüseynli, 2021-ci il təvəllüdlü Q. Aslanov və 14 yaşlı Z. Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu


































































































