ABŞ Prezidenti Donald Tramp avqustun 17-də bəyan edib ki, Şimali Koreya lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin miqyasının azaldılması barədə göstərişindən sonra onun danışıqlar aparmaq təklifinə cavab verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri Oval kabinetdə jurnalistlərin suallarını cavabıandırarkən deyib.
Ağ Evdə jurnalistlərdən birinin Kim Çen Inın niyə hələ də onun danışıqlar təklifinə reaksiya verməməsi ilə bağlı sualına cavab olaraq ABŞ prezidenti bildirib ki, Şimali Koreya lideri hər halda cavab göndərib. Tramp bu təması xüsusi təfərrüatları açıqlamadan sadəcə "müsbət" kimi xarakterizə edib.
"Kim Çen In mənə qarşı hər zaman böyük hörmətlə yanaşıb. Biz dəfələrlə, faktiki olaraq iki dəfə görüşmüşük, danışmışıq və birlikdə vaxt keçirmişik. Mən onu anlayıram, o da məni anlayır", — deyə Tramp bildirib.
"O, [ABŞ-ın keçmiş prezidenti Co] Baydeni xoşlamırdı, [ABŞ-ın keçmiş prezidenti Barak] Obamanı xoşlamırdı, heç kimi xoşlamırdı, lakin mənim onunla çox yaxşı münasibətlərim var. Mənim etdiklərim vəziyyəti daha təhlükəsiz edir", — deyə ABŞ prezidenti əlavə edib.
Bizim.Media




































































































