Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

Hazırda oxunan: Somalidə silahlı şəxslər yük gəmisini ələ keçirdi

631690

Somali sahillərində naməlum silahlı şəxslər mülki yük gəmisini ələ keçiriblər.

Bizim.Media xəbər verir ki, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, hadisə yerli yaşayış məntəqəsinin yaxınlığında baş verib.
 

Qurumun məlumatına əsasən, hücum Somalinin Mareeyo şəhərindən təxminən 7,5 kilometr cənubda qeydə alınıb. Səkkiz silahlı şəxs gəmiyə daxil olaraq onun idarəetməsini tamamilə ələ keçirib. Rəsmi bəyanatda hadisənin digər təfərrüatları barədə məlumat verilmir.


Ekipajın vəziyyəti və qaçırılan gəminin hansı yükləri daşıdığı barədə hələlik heç bir məlumat daxil olmayıb. UKMTO nümayəndələri hücum edən şəxslərin mümkün tələblərini hələlik şərh etmirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin