Bölgələrdə yanğına səbəb olan 5 nəfər SAXLANILDI – FOTO

Hazırda oxunan: Bölgələrdə yanğına səbəb olan 5 nəfər SAXLANILDI – FOTO

631074

Bölgələrdə yanğına səbəb olan 5 şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, ötən gün Ağsu rayonunun Ərəbmehdibəyli kəndi, Cəlilabad rayonunun Alar kəndi, Sabirabad rayonunun Nərimankənd kəndi və Saatlı rayonunun Qaracalar kəndi ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.

Araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.
 

Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.


Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin