Göyçayda sahibkar qadın kafedə sevgilisi tərəfindən BIÇAQLANDI

Hazırda oxunan: Göyçayda sahibkar qadın kafedə sevgilisi tərəfindən BIÇAQLANDI

629832

Göyçay rayonunda sahibkar qadın kafedə bıçaqlanıb.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə şəhərin Əli Kərim küçəsində fəaliyyət göstərən "Manqal" kafesində baş verib.
 

Şəhər sakini, 1993-cü il təvəllüdlü Novruz Məmmədov (soyad şərtidir) şəhər sakini Fatimə adlı xanımla tanış olub və bir müddətdən sonra onların aralarında sevgi münasibətləri yaranıb.


Bir müddət əvvəl Fatimə şəhər ərazisindəki "Manqal" kafesini icarəyə götürüb və kafenin fəaliyyətini bərpa edib. Axşam saatlarında Novruz dostu ilə kafeyə gələrək pivə içib. O, həmin vaxt Fatimənin müştərilərə ofisiant kimi yaxınlaşdığını görüb və qadının bu hərəkəti onu qıcıqlandırıb. Novruz Fatiməyə yaxınlaşaraq ona irad bildirəndə aralarında mübahisə yaranıb.

Bu vaxt Novruz üzərində gəzdirdiyi bıçaqla qadına döş qəfəsindən iki dəfə xəsarət yetirib, hadisə yerindən qaçıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən N.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında barışıq elan olunub və məhkəmə cinayət işinə xitam verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin