Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

Hazırda oxunan: Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəməsi başladı

629290

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək bildirib ki, müvəkkili həmin şəxslərdən pulu borc olaraq alıb. Zərərçəkmiş şəxs qismində tanınan şəxslərdən 3-ü bunu ifadələrində də deyib.

Anar Əsədli bildirib ki, həmin şəxslərdən pulu borc olaraq alıb, dələduzluq niyyəti olmayıb.

Dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməsi üçün əsas olmadığını, hökmün qanuni olduğunu deyib.

Proses sentyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, mayın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin