“Rusiyanın üzməyə uyğun dənizləri çox azdır. Amma rusların 90%-i üzməyi, həm də yaxşı üzməyi bacarır. Valideynlər uşaqları 6-7 yaşlarında üzgüçüyə yollayır, üzgüçülük hovuzları da dövlətin mülkiyyətindədir və olduqca ucuzdur”.
Bizim.Media xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev "Facebook" hesabında yazıb.
O qeyd edib: “Əhalinin azı yarısının cəmləşdiyi Xəzər sahillərində dövlət mülkiyyətində olan sosial mahiyyətdə üzgüçülük hovuzları yox kimidir, bildiklərim də çox baxımsızdır. Düzgün üzməyi bacarmırıq deyə, hər il onlarca insan suda boğulur, ailələr faciə ilə üzləşir.
Özüm məktəbdə oxuyanda "Semaşko"nun altında yerləşən üstü açıq bir hovuza gedirdim. Pulsuz deyiləcək qədər ucuz idi. Sonra oranın ərazisi Beynəlxalq Təhsil Kompleksinə verildi və Bakı sakinləri öz övladlarını yay aylarında üzgüçülük kursuna göndərə bilmədilər”.
Vəkil bildirib ki, hazırda pullu üzgüçülük kursuna getmək də hər valideynin büdcəsinə uyğun gəlmir:
“Varlı ya da kasıb olun, boğazınızdan kəsib uşaqlarınızı üzgüçülük kursuna göndərin, oğlanlı-qızlı. Düzdür, bu onları bədbəxt hadisələrdən dəqiq sığortalamayacaq, amma üzməyi bacarmaq hər bir vətəndaş üçün zəruri bacarıqlardan birisidir. Quruda və dənizdə, Allah övladlarınızı qorusun”. (yenisabah.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:27 / 27.07.2026
Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”
Hazırda oxunan: Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”
Hazırda oxunan: Fərhad Mehdiyev: “Boğazınızdan kəsib uşaqları üzgüçülüyə göndərin”
627820
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































