İsmayıllıda güclü yanğın hadisəsi baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Soltankənd kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Nadirov Elvin Fəzail oğluna məxsus ümumi sahəsi 40 kv.m olan kürsülü birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evi yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə İsmayıllı rayon dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.Yanğın söndürülüb və yaxınlığındakı tikililər yanğından mühafizə olunub.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
Bizim.Media, Aran bürosu





































































































