Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir

Hazırda oxunan: Daha bir ərazidə böyük söküntü - mülkiyyət sahiblərinə kompensasiya ödənilir

626450

Bakıda Zabrat–Maştağa–Bağlar dəmir yolu xəttinin yenidən qurulması layihəsi çərçivəsində Maştağa qəsəbəsində söküntü işlərinə start verilib.

Bizim.Media “baku.ws”ə istinadla xəbər verir ki, layihənin icrası ilə əlaqədar ərazidə yerləşən bəzi tikililər, həyətyanı sahələrdəki yardımçı qurğular sökülür. Bunun müqabilində mülkiyyət sahiblərinə kompensasiya ödənilir.

Qeyd edək ki, layihə tamamlandıqdan sonra bu istiqamətdə sürət qatarlarının hərəkətinin təşkili planlaşdırılır.

Dövlət Proqramına əsasən, mərhələli şəkildə Yeni Suraxanı–Hövsan, Bakıxanov–Binə, Qala, eləcə də Zabrat–Maştağa–Bağlar dəmir yolu xətlərinin bərpası da həyata keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin