Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

Hazırda oxunan: Konstitusiya Məhkəməsi: Borc müqavilələri yazılı sübutlarla təsdiq edilməlidir

620198

Borc müqaviləsi və onun şərtləri tərəflərin hər hansı yazılı sübutlara istinad etməsi ilə təsdiqlənməlidir.

Bizim.Media xəbər verir ki, bu barədə Fərhad Abdullayevin sədrliyi ilə keçiriən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında qərar qəbul edilib.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Mülki Məcəllənin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Qərara əsasən, Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin yazılı forma tələbinin Məcəllənin 329.1-ci maddəsi üzrə qanunla müəyyən edilmiş "başqa hal"a aid edilməsi üçün müvafiq dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə olunub.
 

Qərarda həmçinin vurğulanıb ki, məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.


Bundan başqa, qərar mülki dövriyyənin sabitliyinin təmin olunması üçün fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə də şamil ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin