70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video

Hazırda oxunan: 70 minlik qızıl oğurladığı evin sahibinin gödəkçəsini geyinib qaçdı - Video

618625

Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb.

Araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin