Bülent Ersoyun milyonlar dəyərində olan üzükləri və saatı — FOTO

Hazırda oxunan: Bülent Ersoyun milyonlar dəyərində olan üzükləri və saatı — FOTO

617981

Səhnə şouları qədər tərzi ilə də gündəmdə olan Bülent Ersoy bu dəfə sərvət dəyərində olan zinət əşyaları ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, barmaqlarındakı iri üzüklər və lüks aksesuarlarla kamera qarşısına keçən Diva sosial mediada çoxsaylı rəylərə səbəb olub.

Qara tonların üstünlük təşkil etdiyi zərif geyimi ilə obyektiv qarşısına keçən Bülent Ersoyun ən diqqətçəkən detalı aksesuarları olub.
 

Barmaqlarını bəzəyən iri brilyant və zümrüd üzüklər, eləcə də lüks saat onun dəbdəbəli üslubunu bir daha nümayiş etdirib.


Daşlarla bəzədilmiş məşhur gün eynəyi və iddialı çəhrayı dodaq boyası ilə görünüşünü tamamlayan sənətçi özünəməxsus stilindən yenə də vaz keçməyib. (Demokrat.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin