Türkmənistanda Azərbaycan kitabları üçün xüsusi guşə yaradıldı - FOTO

Hazırda oxunan: Türkmənistanda Azərbaycan kitabları üçün xüsusi guşə yaradıldı - FOTO

617641

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Türkmənistanın Arkadağ şəhər kitabxanasında “Azərbaycan ədəbiyyatı guşəsi”nin açılışı keçirilib.

Bizim.Media  xəbər verir ki, mərasimdə hər iki ölkənin mədəniyyət nazirliklərinin nümayəndələri, ədəbi-ictimai xadimlər və media mənsubları iştirak ediblər.

Açılışdan öncə jurnalistlərə açıqlama verən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov artıq dünyanın 19 ayrı-ayrı şəhərində Azərbaycan ədəbiyyatı guşəsinin yaradıldığını qeyd edib:

“Türkmənistanın Arkadağ şəhərində yaradılan Azərbaycan ədəbiyyatı guşəsi də iki qardaş xalq arasında mövcud olan dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Bu təşəbbüs gələcəkdə kitab mübadiləsi, birgə nəşr layihələri və digər ədəbi-mədəni əməkdaşlıq istiqamətlərinin genişlənməsi üçün yeni imkanlar açacaq”.

Ardınca guşənin açılışı olub və qonaqlara təqdim olunan nəşrlər barədə ətraflı məlumat verilib.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin