Azov dənizində gəmiyə PUA hücumu zamanı öldüyü deyilən 5 azərbaycanlı dənizçidən biri də Xaçmaz rayonundan olan 45 yaşlı kapitan Fuad Əmrəli oğlu Orucovdur.
Bizim.Media-nın yerli bürosu gəmidə vurulan Fuad Orucovun qardaşı Faiq Orucovla telefon əlaqəsi saxlayıb.
Qardaşı bildirib ki, ali təhsilli dənizçi olan qardaşı Fuad Türkiyə şirkətində işləyir və 5 aydır Azərbaycandan işə yollanıb.
Hadisə barədə onlara heç bir rəsmi məlumat verilmədiyini deyən Faiq Orucov qardaşının öldüyü və ya sağ qaldığı barədə xəbərsiz olduqlarını bildirib:
"İşlədiyi şirkətlə də əlaqə saxlamışıq, onlar da heç nə bilmirlər. Gəmi sudadır hələ, yanğın davam edir. Araşdırma gedir. Çox istərdik ki, xəbər yalan olsun".
Qeyd edək ki, 45 yaşlı Fuad Orucov Xaçmazın Yergüc kəndində doğulub, ailəsi isə rayonun Qobuqırağı kəndində yaşayır.
Xaçmaz Rayon İcra Hakimiyyətində də sözügedən hadisədə həlak olduğu deyilən Fuad Orucov barədə rəsmi məlumat yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

- A-
- A
- A+
Cəmiyyət
21:13 / 05.06.2026
Gəmidə həlak olduğu deyilən Fuad Orucovun qardaşı: "Çox istərdik ki, xəbər yalan olsun”
Hazırda oxunan: Gəmidə həlak olduğu deyilən Fuad Orucovun qardaşı: "Çox istərdik ki, xəbər yalan olsun”
Hazırda oxunan: Gəmidə həlak olduğu deyilən Fuad Orucovun qardaşı: "Çox istərdik ki, xəbər yalan olsun”
617471
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































