Azov dənizində azərbaycanlı dənizçilərin də olduğu gəmi pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Məlumata görə, hücum nəticəsində gəmidə gərgin vəziyyət yaranıb.
Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlar arasında Neftçala şəhər sakini, 1976-cı il təvəllüdlü Rəcəb Fürudin oğlu Əhədov da olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, o, gəmidə kapitan vəzifəsində çalışıb.
Yaxınlarının sözlərinə görə, hadisədən sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Hazırda kapitanın vəziyyəti və taleyi ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Rəcəb Əhədov ailəlidir. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 5 iyunda Azov dənizinin Taqanroq körfəzində “Natra” və “Zirkon” yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:35 / 05.06.2026
PUA hücumunda həlak olanlar arasında azərbaycanlı kapitandan XƏBƏR YOXDUR - VİDEO
Hazırda oxunan: PUA hücumunda həlak olanlar arasında azərbaycanlı kapitandan XƏBƏR YOXDUR - VİDEO
Hazırda oxunan: PUA hücumunda həlak olanlar arasında azərbaycanlı kapitandan XƏBƏR YOXDUR - VİDEO
617462
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































