"İnsan yaşa dolduqca, hətta yaxşı qulluq edilsə belə, dişlər qaralır".
Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı stomatoloq, tibb elmləri namizədi Andrey Juk Gazeta.ru nəşrinə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, dişlərin rənginə minanın yaşla bağlı dəyişiklikləri, qida vərdişləri və dişlərin ümumi vəziyyəti təsir göstərir:
"Qaralmanı tamamilə dayandırmaq qeyri-mümkündür - bu, yaşla bağlı təbii dəyişikliklərin bir hissəsidir. Lakin prosesi yavaşlatmaq və dişlərin təbii rəng tonunu qorumaq tamamilə mümkündür.
İllər keçdikcə mina qatı incəlir və bunun nəticəsində daxildəki sarımtıl dentin təbəqəsi daha çox nəzərə çarpmağa başlayır. Bundan əlavə, dişlərdə qəhvə, çay, qırmızı şərab və tütündən qaynaqlanan piqmentlər yığılır ki, bunları da adi fırçalama ilə təmizləmək hər zaman mümkün olmur.
Həmçinin yaşlaşdıqca dişlərin strukturu dəyişir, bu dəyişiklik xüsusilə depulpasiya olunmuş (siniri çıxarılmış) dişlərdə daha qabarıq görünür. Belə hallarda dişin daxildən ağardılması üsulu kömək edə bilər".
Həkim əlavə edib ki, dişlərin rəngini qorumaqda mütəmadi olaraq peşəkar təmizləmə, yumşaq diş fırçasından istifadə və qida vərdişlərinə nəzarət etmək böyük rol oynayır. (Oxu.Az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:51 / 29.05.2026
Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? -Mütəxəssis rəyi
Hazırda oxunan: Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? -Mütəxəssis rəyi
Hazırda oxunan: Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? -Mütəxəssis rəyi
616053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































