Ağsuda oğurluq edən şəxs həbs olunub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.
Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Bizim.Media, Aran bürosu









































































































