Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək? - AÇIQLAMA

Hazırda oxunan: Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək? - AÇIQLAMA

615377

Qurban bayramı ərəfəsində bir çox işçiləri düşündürən əsas məsələlərdən biri də müəssisələr tərəfindən əlavə bayram ödənişlərinin verilib-verilməyəcəyidi. Bəzi şirkətlər əməkdaşlarını bayram münasibətilə mükafatlandırsa da, digərlərində belə bir praktika tətbiq olunmur.

Maraqlıdır, işçilərə bayram bonusu və ya maddi yardımın verilməsi qanunla məcburidirmi, yoxsa bu, yalnız rəhbərliyin qərarından asılıdır?

Bizim.Media
xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qanunvericilikdə müəssisələrin işçilərə əlavə bayram ödənişi etməsinə imkan verən müddəalar mövcuddur:
 

“Qanunda nəzərdə tutulub ki, bu, müəssisə rəhbərliyinin qərarı əsasında həyata keçirilə bilər. Dövlət müəssisələrində və büdcə təşkilatlarında məsələ fərqli tənzimlənir. Çünki onlar büdcədən asılıdırlar. Özəl sektorda isə tamamilə rəhbərliyin qərarından asılıdır. Bir çox şirkətlərdə belə bir prosedur nəzərdə tutulub. Bayram payı verilir, əlavə ödənişlər olunur. Amma bu, bütün iş yerlərinə aid deyil və məcburi xarakter daşımır”.


Natiq Cəfərli qeyd edib ki, işçilər bu ödənişlərin verilməməsi ilə bağlı hüquqi tələb irəli sürə bilməzlər. Çünki bu, qanunda sərt tələb kimi göstərilmir və müəssisə rəhbərliyinin qərarına bağlı məsələdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin