108 keçmiş ər məişət zorakılığı törədənlər sırasında yer alıb

Hazırda oxunan: 108 keçmiş ər məişət zorakılığı törədənlər sırasında yer alıb

614976

Ötən il ərzində məişət zorakılığının qarşısının alınması ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 558 müraciət daxil olub. Zorakılığa məruz qalanların 83-ü kişi, 539-u qadın, 515-i uşaq olub.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında qeyd edilib.

Zorakılıq törədən 549 kişidən 228-i ər, 108-i keçmiş ər, 27-si isə qeyri-rəsmi münasibətlərdə olduğu şəxs olub.

Müraciətlərin zorakılığın növlərinə görə təhlili göstərir ki, müraciət edənlərin 169-u psixi, 343-ü fiziki, 35-i iqtisadi və 11-i cinsi zorakılığa məruz qalıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin