Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO

Hazırda oxunan: Qubada yol ÇÖKDÜ – 3 kəndin rayonla əlaqəsi KƏSİLDİ - FOTO

614930

Son iki gündə bölgəyə yağan güclü leysan yağışları Qubada yol təsərrüfatına ciddi ziyan vurub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba–Tüləkəran yolunun 12-ci kilometrində yolun çökməsi nəticəsində Yuxarı Tüləkəran, Aşağı Tüləkəran və Tülər kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi müvəqqəti olaraq kəsilib.
 

Quba Fövqəladə Hallar Komissiyasının sədri, İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov saytımıza bildirib ki, əraziyə alternativ yol çəkilərək kəndlərin əlaqəsi qismən bərpa olunub.


Son yağışlar rayonun Təngəaltı, Aydınkənd və digər yaşayış məntəqələrində də yol infrastrukturuna ziyan vurub. Hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.







Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin