“Biz Qərbi Afrikada yerləşən Qvineyadandıq. Burada biz hökumətimizlə, həmçinin bəzi özəl şirkətlərlə birlikdə təmsil olunuruq. Biz buraya ölkəmizi təmsil etmək, gördüyümüz işləri və bir Afrika ölkəsi olaraq mənzil sektorunu necə inkişaf etdirdiyimizi izah etmək üçün gəlmişik".
Bu sözləri Bizim.Media-ya açıqlamasında Qvineyada fəaliyyət göstərən 'Groupe Guicopres' şirkətində İnkişaf və Strategiya üzrə Baş Direktorun müavini Yusuf Kamara bildirib.
"Forumda hər şey əla idi. Sizin ölkənizdə çox xoş vaxt keçirdik. Hər şey yaxşı getdi. İnsanlar bizə qarşı çox mehriban və xoşrəftar idilər. Nəqliyyat, yemək, təhlükəsizlik — hər şey çox rahat idi, hər şey indiyə qədər qaydasındadır.
Ölkənizi çox bəyənirik, Bakı çox gözəldir, yaşamaq üçün çox xoş bir yerdir. Burada olmaqdan həqiqətən zövq alırıq”.
Tehran Orucoğlu, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:50 / 21.05.2026
“Bakı yaşamaq üçün çox gözəl yerdir” - VİDEO
Hazırda oxunan: “Bakı yaşamaq üçün çox gözəl yerdir” - VİDEO
Hazırda oxunan: “Bakı yaşamaq üçün çox gözəl yerdir” - VİDEO
614582
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































