Artıq 4 gündür ki, Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının dördüncü (WUF13) günü keçirilir.
Tədbirdə iştirak edən yerli və xarici qonaqlar forumun yüksək səviyyədə təşkil olunmasını xüsusi vurğulayır, səliqəli təşkilatçılıqdan və tədbirlərin koordinasiyasının peşəkarlığından məmnunluqlarını ifadə edirlər.
Bu məmnunluğun arxasında isə böyük bir komanda dayanır, bu komandanın böyük bir hissəsini isə WUF-13 könüllüləri təşkil edir.
Təkcə forumun keçirildiyi ərazidə yox, hətta metrostansiyalarda, şəhərin müxtəlif nöqtələrində fəaliyyət göstərən könüllülər qonaqların qarşılanmasından qeydiyyat prosesinə, istiqamətləndirmədən məlumatlandırmaya qədər bir çox istiqamətdə iştirak edirlər.
Onlar həm yerli, həm də xarici nümayəndələrə dəstək göstərərək tədbirin daha rahat və səmərəli keçməsinə şərait yaradırlar.
Könüllülərin fəaliyyəti ilə bağlı Bizim.Media-nın fotoreportajını təqdim edirik:


















Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

































































































