Astrologiyaya görə, bəzi bürclər insanların gizlətdiyi duyğuları, səmimiyyətsiz davranışları və hətta deyilən yalanları çox tez hiss edir.
Bizim.Media altıncı hissləri ilə seçilən üç bürcü sizə təqdim edir:
Əqrəb
Əqrəblər güclü müşahidə qabiliyyəti və intuisiya ilə tanınır. Onlar insanların mimikasından, baxışlarından və davranışındakı ən kiçik dəyişiklikdən belə nəyinsə gizlədildiyini anlaya bilirlər. Astrologiyada Əqrəb "həqiqəti ortaya çıxaran bürc" kimi təsvir olunur.
Balıqlar
Balıqlar bürcü emosional enerjini çox güclü hiss edir. Onlar çox vaxt "pis hiss etdim" və ya "yuxumda gördüm" kimi ifadələr işlədirlər. İnsanların niyyətini sözlərdən çox enerji vasitəsilə anladıqları düşünülür.
Xərçəng
Xərçənglər sevdiklərini qoruma instinkti ilə hərəkət edir və ətrafdakı mənfi enerjini tez sezirlər. Səmimiyyətsiz insanları və süni davranışları ilk hiss edən bürclərdən biri hesab olunurlar. Onların intuisiya gücü xüsusilə münasibətlərdə ön plana çıxır. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:25 / 16.05.2026
3 BÜRCƏ heç vaxt yalan danışmayın: Altıncı hissləri güclüdür
Hazırda oxunan: 3 BÜRCƏ heç vaxt yalan danışmayın: Altıncı hissləri güclüdür
Hazırda oxunan: 3 BÜRCƏ heç vaxt yalan danışmayın: Altıncı hissləri güclüdür
613546
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































