AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib – FOTO

Hazırda oxunan: AKTA-nın kiber klub komandaları beynəlxalq hakatonda uğurla iştirak edib – FOTO

613079

AKTA-nın təşəbbüsü ilə universitetlərdə yaradılan Kiber Klub üzvlərindən ibarət komandalar Avropa Şərq Tərəfdaşlığı çərçivəsində Moldovada təşkil olunan “2026 EaP Civic Tech Hackathon”da uğurlu nəticələr əldə edərək final mərhələsinə yüksəliblər.

Bizim.Media xəbər verir ki, Hakatonda Azərbaycandan Bakı Biznes Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və ADA Universiteti təmsil olunub.

Yarışda ölkəmiz iki komanda ilə təmsil olunub. Bakı Biznes Universitetinin “Artiproof” komandası seçim mərhələlərini uğurla keçərək 17–19 aprel tarixlərində Kişinyov şəhərində keçirilən mərhələdə yüksək nəticə göstərib və final mərhələsinə vəsiqə qazanıb.

UNEC və ADA Universitetlərinin tələbələrindən ibarət birgə komanda da hakatonda uğurlu çıxış nümayiş etdiriblər.

Qeyd edək ki, “2026 EaP Civic Tech Hackathon”un yekun nəticələrinin 2026-cı ilin iyun ayında elan edilməsi planlaşdırılır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin