“Burada aldığım təhsili Azərbaycanın heç bir universitetində ala biləcəyimi düşünmürəm" – Aytac Hüseynli

Hazırda oxunan: “Burada aldığım təhsili Azərbaycanın heç bir universitetində ala biləcəyimi düşünmürəm" – Aytac Hüseynli

611498

"Burada aldığım təhsili Azərbaycanın heç bir universitetində ala biləcəyimi düşünmürəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Universitetinə ən yüksək balla qəbul olmuş Aytac Hüseynli danışıb.

O, 685 balla kompüter mühəndisliyi ixtisasına qəbul olub. Tələbə saytımıza açıqlamasında bu universitetin yaratdığl imkanlardan danışıb:
 

"Türkiyə-Azərbaycan Universitetini seçməyim həyatımda verdiyim ən doğru qərarlardan biridir. Buna görə heç peşman deyiləm. Buradakı təhsilin keyfiyyətini Azərbaycanın hər hansı bir universitetində ala biləcəyimi düşünmürəm. Tədrisin ingilis dilində olması, ikili diplom proqramı, müəllimlərimizin təcrübəsi seçimimin nə qədər doğru olduğunu təsdiqləyir".


Xatırladaq ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu 2024-cü il fevralın 19-da Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə imzalanıb.

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin