Ən maraqlı astronomik hadisələrdən birinə cəmi 100 gün qalıb. 2026-cı il avqustun 12-də Ay Günəşi tamamilə örtəcək, gündüzü qısa müddətlik alaqaranlığa çevirəcək. Həmçinin, “Günəş tacı”nı görmək mümkün olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb.
Qeyd edək ki, bu, Avropa üçün xüsusi olacaq.
Belə ki, qiyətədə oxşar hadisə sonuncu dəfə 1999-cu ildə müşahidə olunub. İslandiyada bu, 1954-cü ildən, İspaniyada isə 1905-ci ildən sonra ilk belə hadisə olacaq. Bu hadisə Perseid meteor yağışının pik dövrünə təsadüf edəcək. Bu isə effekti daha da gücləndirəcək və səmada onlarla “axan ulduz”un görünməsinə səbəb ola bilər.
Müşahidə vaxtı məkandan asılı olaraq dəyişəcək – Qrenlandiyada günortadan sonra, İspaniyada isə axşam saatlarında baş verəcək.
Ən əlverişli müşahidə məkanı kimi İspaniya göstərilir. Burada tutulma Günəşin batmasına yaxın baş verəcək və səma xüsusilə təsirli görüntü yaradacaq.
Hadisə bir neçə saat davam etsə də, tam faza cəmi bir neçə dəqiqə çəkir.
Tam Günəş tutulması Ayın Yer ilə Günəş arasında dəqiq yerləşməsi nəticəsində baş verir. Günəş Ayla müqayisədə təxminən 400 dəfə böyük olsa da, eyni zamanda Yerə 400 dəfə uzaqdır. Bu nadir uyğunluq Ayın Günəşi tam örtməsinə imkan yaradır.
Mütəxəssislər xəbərdarlıq edir ki, Günəşə qoruyucu vasitə olmadan baxmaq təhlükəlidir. Tam faza istisna olmaqla, bütün mərhələlərdə xüsusi eynəklərdən istifadə edilməlidir. Yalnız tam tutulma anında “Günəş tacı”nı çılpaq gözlə izləmək mümkündür.
Qeyd edək ki, növbəti tam Günəş tutulması 2033-cü il martın 30-da baş verəcək və Alyaska ilə Sibir bölgələrində müşahidə olunacaq. (Globalinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 06.05.2026
Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı
Hazırda oxunan: Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı
Hazırda oxunan: Günəş bir neçə dəqiqəlik yoxa çıxacaq: Avropanı nə gözləyir? – Geri sayım başladı
611429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































