İçdiyiniz suyu dəyişin, əks halda... – Mütəxəssisdən XƏBƏRDARLIQ

Hazırda oxunan: İçdiyiniz suyu dəyişin, əks halda... – Mütəxəssisdən XƏBƏRDARLIQ

611343

Gündəlik istifadə etdiyimiz suyun göründüyü qədər təmiz olub-olmaması insanları narahat edir. Tərkibində xlor, ağır materiallar və digər görünməyən qarışıqların olması suyun keyfiyyətini sual altında qoyur. Bu səbəbdən su filtrlərinə maraq artır.

Bəs, filtr suyun tərkibini  necə dəyişir? Filtrlənmiş su adi sudan nə ilə fərqlənir və həqiqətən təmizdirmi?

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında insan orqanizmi üçün vahid su tərkibi ilə bağlı elmi qənaətin olmadığını vurğulayıb:

“10 il bundan öncə Marseldə keçirilən “Ümumdünya Su Konqresində” iştirak edərək suyun özəllikləri ilə bağlı çoxlu məlumatlar əldə etmişəm. Hansı orqanizmə hansı yodluqda və tərkibdə su lazım olduğunu elm hələ sübut etməyib. Suyu araşdırmaq üçün onun 300-ə qədər parametri araşdırılmalıdır. Heç kəs deyə bilməz ki, “a” suyu bir ailənin beş üzvündən neçəsinə uyğundur, neçəsinə uyğun deyil.

Filtrlər isə suda olan yodluluğu və minaralları azaldır, suyu bəzi elementlərdən və əlavələrdən təmizləyir. Biz deyə bilmərik ki, filtrlənmiş su bir adama xeyir etsə, digərlərinə də uyğun olacaq”.

Ekspert son olaraq insanlara içdikləri suyu dəyişərək müxtəlif növ sulardan istifadəni məsləhət görüb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin