Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Aeroport şosesində qəzada xəsarət alanların SON DURUMU

611441

Ötən gün Bakının Xəzər rayonu ərazisində, Aeroport şosesində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Belə ki, mayın 5-də saat 15:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xəzər rayonu ərazisindən çağırış qeydə alınıb.
 

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 36 yaşlı şəxsə (kişi) yerində yardım olunub, 46 yaşlı şəxs (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. 33 yaşlı şəxs (qadın) isə hospital olunmaqdan imtina edib. Sabunçu Tibb Mərkəzində döş qəfəsinin küt travması, qabırğaların çoxsaylı sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi Müştərək travma şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə məlumatda vurğulanıb.


Xatırladaq ki, qəza zamanı "Mercedes" və "XPeng" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində "Mercedes"in sürücüsü Mansur Güləxan oğlu İmanov ölüb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin