Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

Hazırda oxunan: Çindən İran və Rusiyaya dronla bağlı DƏSTƏK

611439

Çinin kiçik şirkətləri İran və Rusiyanın dron sənayesini ikili təyinatlı komponentlərlə təmin etməyə davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
 

Nəşrin məlumatına görə, Çindən İran və Rusiyaya dron mühərrikləri, akkumulyatorlar, optik-lif kabellər, çiplər və digər komponentlər ixrac olunur. Bu tədarüklərin bir hissəsinin ABŞ sanksiyalarına baxmayaraq həyata keçirildiyi bildirilir.


WSJ yazır ki, Çin şirkətlərindən biri — Xiamen Victory Technology bazarda Almaniya istehsalı olan L550 dron mühərriklərini təklif edib. Bu mühərriklərin İranın Shahed-136 zərbə dronları ilə əlaqəli olduğu qeyd olunur.

Məlumata görə, həmin dronlardan son regional münaqişələrdə, eləcə də Rusiya tərəfindən Ukraynaya qarşı hücumlarda istifadə edilib.
 

ABŞ rəsmiləri bildirirlər ki, bu ticarətin qarşısını almaq çətindir. Çünki dron istehsalında istifadə edilən hissələrin çoxu adi kommersiya məhsullarıdır və qlobal təchizat zəncirləri vasitəsilə asanlıqla daşına bilir.


Nəşr qeyd edir ki, Çin tədarükçülərinin bir çoxu kiçik şirkətlərdir. Onlar ABŞ sanksiyalarının təsirinə az məruz qalır və getdikcə daha açıq şəkildə fəaliyyət göstərirlər.

WSJ-nin məlumatına görə, Çin komponentləri həm İranın “Shahed” tipli dronlarında, həm də Rusiyanın FPV və zərbə dronlarında daha çox müşahidə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin