Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

Hazırda oxunan: Cənubi Koreyada 80 yaşlı kişi “ən yaxşı yatan” titulunu qazandı

611425

Cənubi Koreyanın paytaxtı Seulda qeyri-adi yarış keçirilib.

Bizim.Media xəbər verir ki, şəhər meriyasının təşkil etdiyi tədbirdə yüzlərlə gənc Han çayı sahilindəki parkda “qısa yuxu müsabiqəsi”nə qatılıb.

Yarış saat 15:00-da başlayıb. İştirakçılardan tədbirə yorğun, tox və “yatan gözəllər” və ya şahzadələri xatırladan geyimlərdə gəlmək istənilib.

Cənubi Koreya uzun iş saatları, həddindən artıq məşğulluq və yuxusuzluq problemi ilə tanınır. Seulda keçirilən bu yarış da ölkədə xroniki yuxu çatışmazlığına diqqət çəkmək məqsədi daşıyıb.

İştirakçılar göz maskaları taxaraq parkda yuxuya gediblər. Təşkilatçılar onların həqiqətən dərin və sabit yuxuya getdiyini müəyyənləşdirmək üçün nəbz göstəricilərini izləyiblər.

Yarışda qalib təxminən 80 yaşlı kişi olub. İkinci yeri isə 37 yaşlı ofis işçisi Hvan Du Son tutub.
Tədbirdə iştirak edən gənclərdən biri bildirib ki, imtahanlara hazırlıq və əlavə işlər səbəbindən gündə cəmi 3-4 saat yatır və yuxusunu qısa gündüz fasilələri ilə tamamlamağa çalışır.

Müsabiqə artıq üçüncü ildir keçirilir və Cənubi Koreyada yuxusuzluğun ciddi sosial problemə çevrildiyini göstərir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin