Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

Hazırda oxunan: Kanadada temperatur tarixi zirvəyə çatdı - 128 illik rekord

611452

Kanadanın Britaniya Kolumbiyası isti hava dalğasının təsiri altındadır. Vankuverdə temperatur bazar ertəsi günü 23,9 dərəcə Selsiyə çataraq 1898-ci ildən bəri qırılmayan 22,2 dərəcəlik rekordunu keçib.

Bizim.Media xəbər verir ki, Pemberton (31,5°C) və Litton (31,9°C) daxil olmaqla, ştatın 19 bölgəsində gündəlik temperatur rekordları yenilənib.
 

Meteoroloqlar isti havanın bölgəyə hakim olan yüksəktəzyiqli hava kütləsi ilə əlaqəli olduğunu bildirir və proqnozlara görə, həftənin ortalarına qədər hava bir qədər soyuyacaq, lakin həftəsonuna yaxın yenidən istilik dalğası geri dönəcək.


İsti hava yalnız termometrləri deyil, həm də elektrik sistemini sınayır. Ventilyator və kondisionerlərin geniş istifadəsi nəticəsində “B.C. Hydro” elektrik tələbatının təxminən 7600 meqavatta çatdığını açıqlayıb ki, bu, may ayı üçün indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Hava şəraiti həm də yanğın riskini artırıb. Cənub sahillərdə tonqal qalamaq qadağan edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin