Dar küçələrdə və məhəllələrdə yolun hər iki tərəfində avtomobillərin saxlanması gündəlik problemə çevrilib. Onsuz da ensiz olan yollarda ikitərəfli parklanma keçmək istəyən nəqliyyatın hərəkətini çətinləşdirir, bəzən isə tam dayanır.
Bu vəziyyət xüsusilə təcili yardım və yanğınsöndürmə maşınlarının əraziyə girişini ciddi şəkildə məhdudlaşdırır. Qulaqbatırıcı siqnal səsləri, əsəbi sürücülər... Bu, artıq sadəcə narahatlıq deyil, hər gün təkrarlanan təhlükədir.
Bəs bu vəziyyətdən çıxış yolu varmı?
Mütəxəssislər bildirirlər ki, problem davamlıdırsa, yol nişanları və məhdudiyyətlər qoyulması mümkündür. Birtərəfli yol və ya parklanma qaydalarının dəyişdirilməsi də faydalı ola bilər.
Ətraflı videosüjetdə:
Şəfiqə Şəfa, İntiqam İbrahimov, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:10 / 05.05.2026
Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEOSÜJET
Hazırda oxunan: Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEOSÜJET
Hazırda oxunan: Dar məhəllə yollarını ikitərəfli zəbt edənlər cərimələnəcək – VİDEOSÜJET
611282
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































