Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES-2026” çoxmillətli təlimlərindən görüntülər paylaşıb.
Bizim.Media xəbər verir ki, aprelin 20-dən mayın 21-dək İzmir əyalətində keçirilən döyüş atışlı praktiki təlimlər çərçivəsində birgə əməliyyat bacarıqları tətbiq olunub.
Təlim ssenarisi çərçivəsində Bahadır adası yaxınlığında Türkiyədə istehsal olunmuş hava ilə doldurulan “Karayel” qayıqlarından istifadə etməklə əməliyyatlar həyata keçirilib.
Təlimin bu mərhələsində Türkiyə hərbçiləri ilə yanaşı, ABŞ, Albaniya, Azərbaycan, Bosniya və Herseqovina, İtaliya, Qırğızıstan, Liviya və Monqolustandan olan hərbçilər də iştirak ediblər.
“EFES-2026” təlimlərinin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin bölmələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və hərbi bacarıqları təkmilləşdirməkdir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:56 / 02.05.2026
Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO
Hazırda oxunan: Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO
Hazırda oxunan: Hərbçilərimizin iştirak etdiyi “EFES-2026” təlimlərindən görüntülər - VİDEO
610778
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































