Günəşin ultrabənövşəyi süalarının dəridə yarada biləcəyi fəsadlar - dəri yanığı, erkən qocalma, dəri xərçəngi və s. artıq hər kəsə məlumdur.
Bəs bu risklərdən qorunmaq üçün istifadə etdiyimiz günəş əleyhinə kremlərdən necə maksimum nəticə əldə edə bilərik ?
Dünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir ki, xüsusilə 10:00–14:00 arası günəş şüaları daha güclü olur.
Günəşə çıxmazdan 15 dəqiqə əvvəl qoruyucu krem bütün açıq sahələrə tətbiq edilməlidir.
Kremdən istifadə zamanı ən çox unudulan bölgələr - qulaqlar, burun, dodaqlar, boynun arxası, əllər, ayaqlar və saç xəttidir.
Yay aylarında hər 2 saatdan bir yenilənməlidir.
Su ilə təmasdan sonra və ya tərləmə zamanı təkrar istifadə edilməlidir.
6 aydan kiçik uşaqlara günəş kremi tövsiyə edilmir. Onları kölgədə saxlamaq və geyimlə qorumaq lazımdır.
Kremin son istifadə müddətinə diqqət etmək mütləqdir. Vaxtı keçmiş məhsulun istifadə edilməsi günəş yanığı, ləkələr , allergik reaksiyalar, qaşınma və bakteriyaların böyüməsi səbəbindən dəri qıcıqlanması kimi ciddi problemlərə səbəb ola bilər..
Məhsulun üzərində tarix qeyd olunmadığı təqdirdə 3 ildən sonra yararsız hesab olunur.
Qeyd edilir ki, bu risklərdən qorunmaq üçün sadəcə günəş kremi yox, kompleks yanaşma lazımdır.
Uzunqollu geyimlər, şlyapa və eynəkdən istidadə məsləhət görülür.
Aynur Abdullayeva, Bizim.Media

































































































