Balakənin iki kəndində qaz kəsiləcək

Hazırda oxunan: Balakənin iki kəndində qaz kəsiləcək

609783

Balakəndə 1920 abonentin qaz təchizatı təmir işləri ilə əlaqədar müvəqqəti dayandırılacaq.

Bizim.Media-nın yerli bürosu Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadən bildirir ki, bu gün səhər saatlarından işlər başa çatanadək qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Balakən rayonunun Katex və Beretbinə kəndlərində mavi yanacağın verilişində fasilə yaranacaq.

Məlumata görə, bu fasilə ümumilikdə 1920 abonenti əhatə edəcək.

Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin