Samuxda usta bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini 1983-cü il təvəllüdlü Yavər Məmmədov həyətində çardağı təmir edərkən yıxılıb. O, ağır vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum usta olub.
Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu





































































































